SSRİ–nin məxfi parnoqrafiya xəzinəsi tapıldı

23:20 | 27.06.2014
SSRİ–nin məxfi parnoqrafiya xəzinəsi tapıldı

SSRİ–nin məxfi parnoqrafiya xəzinəsi tapıldı

Rusiya dövlət kitabxanasının rəhbərliyi öz gizli bölmələrindən birinin sirri açılıb. Məlum olub ki, həmin bölmədə SSRİ dövründə qadağan olunmuş erotik və parnoqrafik kitablar, qravürlər, rəsmlər, fotolar və filmlər, ümumilikdə, 12 min əşya saxlanılırmış.
Aktual.az Rusiya mediasına istinadən bildirir ki, kitabxanadakı qapalı bölmənin əsasını bolşeviklər qoyub. Zadəgan ədəbiyyatının üstünlük təşkil etdiyi bolmədə erotik broşüralara və romanlara daha çox rast gəlmək olar. Böyük Oktyabr Sosilist İnqilabına qədər bu ədəbiyyat “Xanımlar üçün kitablar” adlanırmış.
Kitabxananın direktoru Marina Çernıx bildirib ki, qapalı bölməyə gələnlər arasında SSRİ-nin o vaxtkı hökumət üzvləri, o cümlədən marşal Semyon Budyonnı, SSRİ Ali Soveti Rəyasət heyətinin sədri Mixail Kalinin və başqaları da olub. Adu oxuculara həmin bölməyə daxil olmaq qadağan idisə, yüksək səviyyəli hökumət adamları bu imkandan tam sərbəst şəkildə istifadə edə bilirdilər.
Kitabxananın direktoru Marina Çernıx deyib ki, bölməyə 1980-ci ilə qədər, yəni inqilabdan sonrakı 63 il ərzində müxtəlif şəxslərdən yığılmış on minlərlə əlavə əşya daxil olub.
Direktor onu da bildirib ki, gizli bölmə axıra qədər araşdırılmayıb və sistemləşdirilməyib.
Mütəxəssislər qapalı bölmənin sirlərini, olduğu kimi, gələcək nəsillərə ötürmək niyyətindədirlər.
ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM