ÜST: Avropada COVID-19 qurbanlarının 95 faizi yaşı 60-ı keçmiş şəxslərdir

17:15 | 02.04.2020
ÜST: Avropada COVID-19 qurbanlarının 95 faizi yaşı 60-ı keçmiş şəxslərdir

ÜST: Avropada COVID-19 qurbanlarının 95 faizi yaşı 60-ı keçmiş şəxslərdir

Avropada COVID-19-la bağlı ölüm hallarının 95 faizindən çoxu yaşı 60-dan çox olan insanlar arasında baş verib.

"RİA Novosti”nin məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa üzrə Regional Bürosunun direktoru Hans Kluge bildirib.

Risk qrupuna əvvəlki kimi ürək-damar xəstəlikləri, hipertoniya və diabeti olan insanlar daxildir.

Klugenin sözlərinə görə, 50 faizdən artıq hallarda isə koronavirusdan ölənlərin 80 və ya 80-dən artıq yaşı olub. Onların 80 faizi bir və ya iki xroniki xəstəlikdən əziyyət çəkib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb