ÜST: "COVID-19-un 2021-ci ildə bitəcəyini gözləmək real deyil"

14:57 | 02.03.2021
ÜST:

ÜST: "COVID-19-un 2021-ci ildə bitəcəyini gözləmək real deyil"

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirus pandemiyasının 2021-ci ilin sonuna kimi bitməyəcəyini açıqlayıb.

Anews.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ÜST-ün Təcili Yardım Proqramı üzrə direktoru Mayk Rayan videokonfrans şəklində təşkil olunan iclasda məlumat verib.

Qeyd edək ki, sözü gedən iclas ÜST-ün baş direktoru Tedros Adanom Qebreyesusun başçılığı ilə həyata keçirilib. Baş katibin sözlərinə görə koronavirusa yoluxma hallarında yeddi həftədir davam edən enmə keçən həftədən etibarən yüksəlməyə başlayıb. Qebreyesus həmçinin ölkələr tərəfindən ləğv edilən koronavirus məhdudiyyətləri ilə bağlı çağırış edərək bunun erkən addım olduğunu bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti