Ümumdünya Səhiyyə Təşkilatı "COVID-19”a qarşı "Pfizer/BioNTech” peyvəndinə ilk dəfə təcili istifadə üçün icazə verib, bu barədə ÜST-nin tvitter hesabında məlumat verilib.
Bildirilib ki, gələcəkdə əlavə məlumatları araşdırdıqdan sonra ÜST təcili deyil, istifadə üçün qalıcı bir icazə verə bilər.
Qeyd edək ki, sözügedən peyvənd Amerikanın "Pfizer” və Almaniyanın "BioNTech” şirkəti tərəfindən hazırlanıb.
"BioNTech” şirkətinin baş direktoru və həmtəsisçisi türkiyəli alim Uğur Şahindir.
21 dekabr tarixində Avropa Dərman Agentliyi "Pfizer” və "BioNTech” tərəfindən hazırlanmış koronavirus peyvəndinin istifadəsinə icazə verib. 11 dekabrda ABŞ Səhiyyə və İnsan Xidmətləri Nazirliyinin Qida və Dərman İdarəsi bu COVID-19 peyvəndini təsdiqləyib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !