Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinə koronavirusun mənşəyi haqqında tam məlumat əldə etmək üçün təzyiq göstərir.
Bu barədə Böyük Britaniyanın "Financial Times” qəzetinə müsahibəsində ÜST-nin baş direktoru Tedros Adanom Qebreyesus deyib.
ÜST-nin baş direktoru vurğulayıb ki, təşkilat koronavirusun səbəbləri ilə bağlı tam araşdırma aparmaq üçün Çinə "nümayəndə heyəti göndərmək istəyir”.
Qebreyesus qeyd edib ki, hazırda virusun yaranmasının bütün mümkün variantları, o cümlədən laboratoriya nəzəriyyəsi nəzərdən keçirilir.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !