Növbəti 10 ildə köklükdən əziyyət çəkən uşaqların sayı 70 milyonu keçəcək.
"Report"un xəbərinə görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında bildirilir.
Məlumata görə, artıq çəkili uşaqlara daha çox inkişaf etmiş ölkələrdə rast gəlinir. Hesabatda kök uşaqların sayında artım olduğu və 2025-ci ildə onların sayının 70 milyonu keçəcəyi qeyd olunub.
1990-cı ildə artıq çəkili uşaqların sayı 32 milyon idisə, 2013-cü ildə bu rəqəm 42 milyona çatıb. Mövcud tendensiyanın davam edəcəyi təqdirdə, rəqəmin 2025-ci ildə dünya üzrə 70 milyona yüksələcəyi bildirilir.
ÜST-nin direktoru Marqaret Şan Honqkonqda keçirilən iclasda çıxışı zamanı deyib ki, problemin aradan qaldırılması üçün təcili ciddi tədbirlər görülməlidir: "Qeyri-sağlam qida və içkilərin satışı məhdudlaşdırılmalıdır. Uşaqlıqda köklük həyat tərzindən deyil ekoloji təsirlərdən asılıdır".
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !