ÜST koronavirusa yoluxanlar üçün 10 günlük təcrid müddəti təklif edir

14:55 | 13.01.2023
ÜST ( Ümumdünya Səhiyyə Təşkilatı)  koronavirus infeksiyasının simptomları müşahidə olunan şəxslər üçün on günlük təcrid müddəti təklif edir.Bu barədə ÜST-ün rəsmi saytında məlumat verilib.
 
"COVİD-19 infeksiyası ilə semptomatik olan şəxslərin 10 gün, simptomların müşahidə olunmadığı şəxslər üçün isə beş günlük təcrid müddəti təklif olunur”, - məlumatda bildirilir.
 
Hazırda dünyada COVİD-19 virusunun omikron ştammına aid olan XBB.1.5 alttip  ştammının yayılması aktualdır.
 
XBB.1.5 alttip  ştammı bu vaxta qədər dünyanın 30-a yaxın ölkəsində aşkarlanıb.  Xəstəliyin kütləvi şəkildə əhalisinin  immunitetinin aşağı olduğu ölkələrdə müşahidə olunduğu bildirilir. 
 
Bu ştamm omikronun digər variantları ilə müqayisədə daha sürətli yayılmaq xüsusiyyətinə malik olsa da, xəstəlik törətmək qabiliyyətinə görə bir o qədər də fərqlənmir.
 

2020-ci ilin fevralında qeydə alınan ilk hal ilə COVİD-19 koronovirus pandemiyasının Azərbaycanda yayıldığı təsdiqlənib.


 

Ölkədə martdan etibarən sərt karantin rejimi tətbiq olunub. Ölkəyə giriş-çıxış məhdudlaşdırılıb. Hazırda da, karantin rejimi ilə əlaqədər Azərbaycan quru sərhədləri bağlı saxlayır. 

 

 

 Lida Abbaslı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM