ÜST-nin baş direktoru Qlobal Peyvənd Sammitində iştirak edəcək

21:30 | 27.05.2020
İyunun 4-də Böyük Britaniya hökumətinin təşkilatçılığı ilə COVID-19 virusuna qarşı peyvəndin tapılmasına həsr olunacaq Qlobal Peyvənd Sammitində Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Gebreyesus da iştirak edəcək.
"Report” xəbər verir ki, bu barədə təşkilat rəhbəri "Twitter” hesabından bildirib:

"Böyük Britaniya 4 iyun tarixində Qlobal Peyvənd Sammitinə ev sahibliyi edəcək və mən də bu tədbirdə baş nazir Boris Consona qoşulmağı nəzərdə tuturam. Bu sammit Peyvənd Alyansı tərəfindən görülən həyatı mühafizə işlərinə bizim bağlı olduğumuzu bir daha ifadə etmək üçün gözəl fürsət olacaq və COVID-19-a qarşı peyvənd hazır olan kimi onu bərabər şəkildə əldə etməyimizə imkan verəcək”.

www.anews.az

Tərəfdaşların xəbərləri

REKLAM