"Dünya birliyi koronavirusla ilk dəfə qarşılaşandan bəri altı ay ərzində pandemiyaya nəzarət etməyi öyrəndi, lakin hazırda onun nə vaxt bitəcəyini dəqiq söyləmək mümkün deyil”.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Rusiyadakı nümayəndəsi Melita Vujnoviç bildirib.
Koronavirusla mübarizə sahəsində altı aylıq dəyərli təcrübə qazandıqlarını deyən ÜST nümayəndəsi qeyd edib ki, bu gün epidemiyanı idarə edə etmək mümkün olsa da, onun qarşısını almaq üçün konkret vasitə yoxdur: "Buna görə də pandemiyanın sonu haqqında danışa bilmərik".
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !