"İkinci dalğa heç də labüd deyil. Amma getdikcə daha çox ölkələrdə məhdudiyyətlər ləğv edildiyinə görə, COVID-19 infeksiyasının yenidən güclənməsi təhlükəsi aşkardır. Müvafiq tədbirlər görülməsə, yeni dalğa çox dağıdıcı gələ bilər”.
"Report” xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa Regional Bürosunun direktoru Hans Kluge onlayn brifinq zamanı bildirib.
Onun fikrincə, bu virus bizimlə hələ uzun müddət, ən azı təhlükəsiz peyvənd dərmanı və ya müalicə üsulu tapılanadək qalacaq”.
Peyvənd dərmanının tapılmasına dair konkret tarix verə bilmədiyini söyləyən regional büro rəhbəri hazırda buna tezliklə nail olmaq üçün böyük səylər göstərildiyini, tədqiqatlara dünyada ən qabaqcıl elmi qüvvələrin cəlb olunduğunu söyləyib:
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !