Remdesivir preparatı potensial olaraq COVID-19-a qarşı istifadə oluna bilər, amma sübutlar hələ kifayət deyil.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə vəziyyətlər sahəsi üzrə proqram direktoru Maykl Rayan Cenevrədə keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, remdesivir preparatı Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən dünyada xəstəxanalarda təşkil edilmiş "həmrəylik testlərində" iştirak edir.
"Randomizə edilmiş nəzarət testlərinə əsasən bu dərmanın potensial istifadəsinə ümid var", - Rayan deyib.
Onun sözlərinə görə, ÜST bu dərmanın nə qədər əlçatan olması və özünü effektiv göstərməsini ABŞ-la ətraflı məlumatlar əsasında müəyyənləşdirəcək.
Koronavirus ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !