Gürcüstanın tarixi muzeylərindən biri də Qori şəhərində yerləşən SSRİ-nin lideri İosif Stalinin ev muzeyidir.
"Report" xəbər verir ki, muzey onun doğulduğu evin arxasında yaradılıb və üç şöbədən ibarətdir. Muzeyin ekspozisiyanın böyük hissəsi faktiki olaraq sovet liderinə aiddir. Burada daha çox rəsm, illüstrasiya, qəzet məqalələri, fotoşəkillər və sənədlər təqdim olunur. Eksponatların hamısı sovet vaxtından qalıb.
Muzeyin həyətində Stalinin səfərlərə çıxdığı zaman istifadə etdiyi vaqon qorunub-saxlanır. Bu vaqon muzeyə Şimali Qafqaz dəmir yolu tərəfindən 1985-ci ildə verilib. Qatardan Stalinin Avropa səyahətləri zamanı istifadə etdiyi məlumdur. Onun içərisində yataq, qonaq, iş, konfrans, və hamam otaqları var. Buranı ziyarət edən turistlərin əksəriyyəti ruslardır.
"Report" muzeydən hazırladığı fotoreportajı təqdim edir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !