İosif Stalinin nəvəsi, rejissor Aleksandr Burdonski dünyasını dəyişib.
Anews.az xəbər verir ki, bu barədə "İnterfaks”a çərşənbə günü Rusiya ordusunun Mərkəzi Akademik Teatrından bildiriblər.
"Aleksandr Vasilyeviç bu gecə dünyasını dəyişib”, - İnterfaks-a rejissorun işlədiyi teatrdan bildiriblər.
Teatrda onun uzun müddətdir ki, ürəyində olan problemlərdən əziyyət çəkdiyi bildirilib.
Rusiyanın Xalq artisti Burdonski, Rusiya ordusunda səhnəyə qoyulan 20-dən çox tamaşanın quruluşçu-rejissoru idi. Onun quruluşunu verdiyi tamaşalar sırasında "Qəlbin simlərində ifa”, "Səfehy Platonov”, "Gözlənilməyən” və s. tamaşalar yer alır.
Bundan başqa, Burdonski – SSRİ Nazirlər Şurasının sədri İosif Stalinin nəvəsi, Aviasiya general-leytenantı Vasili Stalinin oğlu idi.
Keçəni il rejissor 75 illik yubileyini qeyd etmişdi.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !