• $ 1.7
  • € 1.9791
  • ₽ 0.021951
  • ₺ 0.04
  • £ 2.2495

Stamenkoviç "Neftçi" rəhbərliyini istefaya çağırdı: "Biabır etməyin" - FOTO

Stamenkoviç
12.09.2016 02:37
"Neftçi" azarkeşi və 4 il boyunca bu klubun şərəfini qorumuş bir oyunçu kimi klub rəhbərliyi və bütövlükdə Müşahidə Şurasına, Çingiz Abdullayev və Elnur Məmmədova cəmiyyəti aldatmağa son qoymaları və daha Azərbaycanın ən böyük klubu "Neftçi”ni biabır etməmələri üçün təcili istefa verməkləri istəyi ilə müraciət etmək istəyirəm”. 

ANN.Az xəbər verir ki, bu sözləri "Neftçi”nin keçmiş qapıçısı Saşa Stamenkoviç feysbukda "Neftchi Baku (Fan Page)” səhifəsinə göndərdiyi müraciətdə deyib. O, klubun düşdüyü vəziyyətdə əsas günahkar olaraq rəhbərliyi günahlandırıb və sərt ittihamlarla çıxış edib.
 
"Sizin şəxsi maraqlarınız, pulları böldüyünüz oyunçuları məcburiyyət qarşısında qoymağınız (necə ki mənə də təklif olunmuşdu, borcun yarısını mənə, yarısını öz cibinizə qoyasız) bəlkə siz fikirləşirdiniz ki, bu rahat alınacaq, amma unutdunuz ki, "Neftçi"nin, Elnura (Məmmədov – red.) rejissor, Çingizə (Abdullayev – red.) yazıçı kimi "Neftçi"ni necə məhv etdiyiniz" haqqında kitabı yazmağa qoymayacaq azarkeşləri var.
 
Mən keçmişə qayıdıb sizə bizi – 12 legioneri niyə buraxdığınız üçün sual vermək istəmirəm, bəlkə ona görə ki, bizi ora Sadıq müəllim gətirib və biz klub tarixinin ən güclü nəsli idik. Artıq hərəmiz bir klubdayıq, yeni uğurlar qazanırıq və sizi bağışlamışıq, amma qorxuram ki, azarkeşlər sizi heç zaman bağışlamasın. Nə oyunçular, nə məşqçilər günahkar deyil. Ancaq sizin futboldaki cəhalətiniz, ona görə də sizin "Neftçi"dən getməyiniz gərəkir, onu daha da məhv etməyəsiniz deyə.
 
Yaşasın "Neftçi", yeni qələbələrə qədər!"



www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan boksçusu Avropa çempionu olub
İdman 18:15
Azərbaycan boksçusu Avropa çempionu olub
“Qarabağ” - dan Medinanın sağlıq durumu barədə açıqlama
İdman 18:22
“Qarabağ” - dan Medinanın sağlıq durumu barədə açıqlama
"Napoli" - "Qarabağ"ı məğlub edib - Yenilənib
İdman 01:53
"Napoli" - "Qarabağ"ı məğlub edib - Yenilənib
Azərbaycan şahmatçıları dünya çempionatında ikinci olub
İdman 21:09
Azərbaycan şahmatçıları dünya çempionatında ikinci olub
"FIFA series" turniri növbəti dəfə Azərbaycanda təşkil olunacaq
İdman 15:42
"FIFA series" turniri növbəti dəfə Azərbaycanda təşkil olunacaq
Məşhur hakim “Qarabağ”ın oyununa təyinat alıb
İdman 14:39
Məşhur hakim “Qarabağ”ın oyununa təyinat alıb
UEFA “Ayntraxt”ı cərimələyib
İdman 15:53
UEFA “Ayntraxt”ı cərimələyib
UEFA-dan "Napoli"yə xəbərdarlıq
İdman 13:36
UEFA-dan "Napoli"yə xəbərdarlıq
İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib
İdman 22:30
İslam Həmrəyliyi Oyunlarının bağlanış mərasimi keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol