STAR dizel istehsalını azaldıb

10:30 | 29.08.2024
STAR dizel istehsalını azaldıb

STAR dizel istehsalını azaldıb

2024-cü ilin iyununda Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədə fəaliyyət göstərən  STAR neft emalı zavodu (NEZ) 318 min 865 tondan artıq dizel yanacağı istehsal edib ki, bu da ötən ilin uyğun dövründən 43,2% azdır. Bu barədə  Türkiyənin Enerji Bazarının Tənzimlənməsi Qurumu (EPDK) bildirib. 

Məlumata görə,  2024-cü ilin iyununda Türkiyədə neft emalı zavodları tərəfindən ümumilikdə 1,3 milyon tondan çox dizel yanacağı istehsal edilib ki, bu da 2023-cü ilin iyunundan 3,06 % azdır.

STAR zavodu Azərbaycan Dövlət Neft Şirkətinin törəməsi olan  SOCAR Türkiyə tərəfindən idarə olunur və  2018-ci ilin oktyabrında istismara verilib.  Zavodun təməli 2011-ci ildə qoyulub.
 
Müəssisə tam gücünə 2019-cu ilin sentyabrında çıxıb.  İllik emal gücü  12 milyon ton xam neft olan zavodda bütün  sort neftlərin emalı mümkündür.
 
Hazırda müəssisədə "Urals”  və  "Kərkük” neft növləri emal edilir. 
 
Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

N.Təbrizli

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM