• $ 1.7
  • € 1.9265
  • ₽ 0.021007
  • ₺ 0.0438
  • £ 2.2837

STAR NEZ təmirə dayandırılıb

STAR  NEZ  təmirə dayandırılıb
05.09.2024 13:39
Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus Türkiyənin STAR neft emalı zavodu sentyabrın 5-dən planlı texniki xidmət və təmir işləri, avadanlıqlara texniki qulluq məqsədi ilə dayandırılıb. Bu barədə  "Petkim” neft-kimya kompleksinin [STAR neft emalı zavodunda 12% paya malikdir] ictimaiyyətə açıqlama platformasında [Kamuyu işıqlandırma platforması] yerləşdirilən məlumatda bildirilib.

"Bu texniki xidmətin bir hissəsi olaraq STAR neft emalı zavodunun bütün blokları sentyabrın 5-dən təxminən iki ay müddətinə dayandırılıb. Beləliklə bu müddət ərzində zavod 2018-ci ildə istismara verildikdən sonra ilk dəfə genişmiqyaslı texniki xidmətdən keçəcək”, - məlumatda qeyd olunurb.

Holdinq qeyd edir ki, bu işlər başa çatdıqdan sonra zavodun istehsal gücü 2,5% artacaq.

"Bu neft emalı zavodunun təmiri zamanı "Petkim”ə xammalın tədarükü STAR və digər tədarükçülərin ehtiyatlarından həyata keçiriləcək",  -  məlumatda bildirilib.

STAR neft emalı zavodu 2018-ci il oktyabrın 19-da istifadəyə verilib və Azeri Light, Kerkük və Urals kimi neft növlərinin emalı üçün nəzərdə tutulub. Zavodun gücü ildə 13 milyon ton neft  emal etməyə imkan verir.
 
STAR  "Petkim” neft-kimya kompleksini xammalla təmin edir. SOCAR Aralıq dənizi bazarında bu zavodda istehsal edilən  öz dizel yanacağı və aviokeroini satır.

SOCAR STAR neft emalı zavodunun tikintisinə və inkişafına 7 milyard dollara yaxın sərmayə qoyub.
 
N.Təbrizli

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
İqtisadiyyat 09:20
Avro ucuzlaşıb,rubl bahalaşıb - Məzənnə
Mərkəzi Bank sabitliyin dayağıdır, islahatlar davam etməlidir - BMF
İqtisadiyyat 08:14
Mərkəzi Bank sabitliyin dayağıdır, islahatlar davam etməlidir - BMF
Azərbaycanda 12 regional maliyyə idarəsi yaradılıb
İqtisadiyyat 08:10
Azərbaycanda 12 regional maliyyə idarəsi yaradılıb
“PAŞA Bank”ın Müşahidə Şurasında istefa
İqtisadiyyat 08:05
“PAŞA Bank”ın Müşahidə Şurasında istefa
Birbank Visa kartları ilə ölkə xarici ödənişlərdə “Bir dünya fürsət” kampaniyası
İqtisadiyyat 15:21
Birbank Visa kartları ilə ölkə xarici ödənişlərdə “Bir dünya fürsət” kampaniyası
Azərbaycanda qadınlar orta hesabla kişilərdən 368 manat az maaş alır
İqtisadiyyat 12:50
Azərbaycanda qadınlar orta hesabla kişilərdən 368 manat az maaş alır
KASE fiziki investorlar üçün yeni imkanlar təqdim edir
İqtisadiyyat 10:17
KASE fiziki investorlar üçün yeni imkanlar təqdim edir
Qazaxıstan Fond Birjasında ticarət həcmi altı dəfədən çox artıb
İqtisadiyyat 10:12
Qazaxıstan Fond Birjasında ticarət həcmi altı dəfədən çox artıb
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:29
Azərbaycan nefti bahalaşıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol