Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədəki STAR neft emalı zavodunda istehsalı sentyabrın 5-dən iki aylıq dayandırmaq niyyətindədir. Buna səbəb zavodda planlı təmir işlərinin aparılması olacaq. Bu barədə məlumatlı mənbələr Reuters-ə bildirib.
Mənbələr bildiriblər ki, gücü sutkada 200 min bareldən çox olan neft emalı zavodu 2018-ci ildə istismara verildikdən sonra ilk dəfə bu il əsaslı təmirə saxlanılacaq.
Mənbələrdən ikisinin məlumatına görə, SOCAR sentyabrın 5-də texniki təmirə başlamağı planlaşdırıb.
Mənbələrdən üçü bildirib ki, işlər təxminən iki ay davam edəcək. Mənbələrdən biri isə neft emalı zavodunun 45 gün müddətinə bağlanacağını deyib.
SOCAR-ın mətbuat xidməti məsələyə hələlik münasibət bildirməyib.
STAR zavodu Azərbaycan Dövlət Neft Şirkətinin törəməsi olan SOCAR Türkiyə tərəfindən idarə olunur və 2018-ci ilin oktyabrında istismara verilib. Zavodun təməli 2011-ci ildə qoyulub.
Müəssisə tam gücünə 2019-cu ilin sentyabrında çıxıb. İllik emal gücü 12 milyon ton xam neft olan zavodda bütün sort neftlərin emalı mümkündür.
Hazırda müəssisədə "Urals” və "Kərkük” neft növləri emal edilir.
Əsas məhsullarını dizel yanacağı (4,8 milyon ton), təyyarə yanacağı, nafta (1,6 milyon ton), maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

N.Təbrizli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !