Azərbaycanda orta aylıq əmək haqqı 442 manatdır.
ANN.Az xəbər verir ki, Dövlər Statistika Komitəsi rəsmi olaraq bildirib ki, ölkənin iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2014-cü ilin yanvar-noyabr aylarında 5.4 faiz artaraq 442.1 manat təşkil edib. İqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əmək haqqı daha yüksək olmuş və sənayedə 709.5 manat, tikinti kompleksində 626.7 manat, nəqliyyatda 538.0 manat, informasiya və rabitə sahəsində 733.5 manat təşkil edib.
Maliyyə Nazirliyinin məlumatlarına əsasən yanvar-noyabr ayları ərzində dövlət büdcəsinə 17.2 milyard manat daxil olmuş, büdcədən 15.1 milyard manat vəsait xərclənib. Büdcə xərclərinin 40.5 faizi və ya 6.1 milyard manatı iqtisadiyyatın inkişafına, 11.7 faizi (1.8 milyard manatı) səhiyyə və təhsilə, 11.8 faizi (1.8 milyard manatı) sosial müdafiə və sosial təminata yönəldib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !