Ştaynmayer: “Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində iştirak edəcək”

11:08 | 14.01.2016
Ştaynmayer: “Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində iştirak edəcək”

Ştaynmayer: “Almaniya Dağlıq Qarabağ münaqişəsinin həllində iştirak edəcək”

Almaniyanın Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatında (ATƏT) sədrliyi çətin dövrə təsadüf edir.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Almaniya XİN rəhbəri Frank-Valter Ştaynmayerin ATƏT-də sədrliyin Serbiyadan Almaniyaya keçməsi ilə bağlı yaydığı bəyanatında deyilir.
 
"ATƏT dialoq və qarşılıqlı etimad üçün mühüm platforma olmalıdır", - deyə Almaniya XİN rəhbəri vurğulayıb.
 
Onun sözlərinə görə, Almaniyanın sədrliyi dövründə, ilk növbədə,  Ukraynadakı vəziyyət diqqət mərkəzində olacaq: "Həmçinin biz Dağlıq Qarabağ və Dnestryanı münaqişələrin həllində iştirak edəcək, ATƏT-in yerlərdəki missiyalarının fəaliyyətini aktivləşdirəcəyik”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM