Ştefan Füle: “Ukrayna ilə assosiasiya sazişi bir neçə ay sonra imzalana bilər”

17:12 | 23.11.2013
Ştefan Füle: “Ukrayna ilə assosiasiya sazişi bir neçə ay sonra imzalana bilər”

Ştefan Füle: “Ukrayna ilə assosiasiya sazişi bir neçə ay sonra imzalana bilər”

“Assosiasiya sazişi qışın sonu, yazın əvvəlində keçiriləcək Ukrayna-Avropa Birliyi sammitində imzalana bilər”. APA-nın “İnterfaks-Ukraina” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Avropa Birliyinin genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle Brüsseldə jurnalistlərə açıqlamasında deyib.

Ş. Füle bildirib ki, assosiasiya sazişini imzalamaq üçün növbəti fürsət Ukrayna-AB sammitidir: “Bu toplantının vaxtı hələlik müəyyənləşməyib. Biz qışın sonu, yazın əvvəlini düşünürük. Ukraynalılar bizdən fasilə istədilər və biz bu qərara hörmət edirik. Bu fasilənin nəticələri olacaq, çünki assosiasiya sazişində nəzərdə tutulan modernizasiya təxirə düşəcək. Biz bu fasilənin qeyri-müəyyən və sona qədər uzanmasını istəmirik. Önəmli olan budur ki, qapı açıq qalır və biz Ukrayna xalqından, onun Avropa arzusunun həyata keçməsindən imtina etmirik”.

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb