Oxu.Az xəbər verir ki, bu barədə rusiyalı biznesmen German Sterliqov Vkontakte sosial şəbəkəsindəki səhifəsində yazıb.
"Mənim Qarabağdan gedəcəyimi deyənlərə inanmayın. İndi Dağlıq Qarabağ mənim üçün ikinci ev olub. Podmoskovyedə bir təsərrüfatım var idi. İndi isə iki təsərrüfatım var – biri də Qarabağda. Burada artıq dəyirmanım və çörək bişirmək üçün təndirim işləyir.
Hər gün çörək bişiririk, bu gündən isə əsl çörəyi Şuşada satmağa başlayırıq. Qarabağı atan deyiləm. İki – Rusiyada və Qarabağda olan təsərrüfatda yaşayacam”, - o yazıb.
Sterliqov qeyd edib ki, bəlkə dəyirmandan və mayasız çörəyin satışından başqa Şuşada Alyona Sterliqovanın moda evi də fəaliyyət göstərməyə başladı.
"Bu barədə Şuşada yaxın şənbə günündə moda göstərisinin necə keçəcəyindən sonra qərar verəcəm. Əgər abırlı qadın geyimlərinə maraq olarsa, o zaman burada bizim modalar evimiz fəaliyyətə başlayacaq və paltarlar tikiləcək.
Qarabağdan getmək istəmirəm. Bura mənim çox xoşuma gəlir. Əsasən də ailəmin yaxşılıqdan başqa heç nə görmədiyi, sadə və dürüst erməni xalqı xoşuma gəlir.
İsa Məsihə eşq olsun!”, - Sterliqov yazıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !