Stiv Cobs haqda filmin çəkilişləri başladı

22:03 | 21.01.2015
Stiv Cobs haqda filmin çəkilişləri başladı

Stiv Cobs haqda filmin çəkilişləri başladı

"Apple" şirkətinin qurucusu Stiv Cobsun həyatından bəhs edəcək film çəkilir.

ANN.Az dünya mətbuatına istinadən xəbər verir ki, artıq çəkilişlərə başlanılıb. Film Cobsun bioqrafiyasını qələmə alan Volter İsaacsonun kitabının motivləri əsasında çəkiləcək. Ekran işinin çəkilişlərinə Cobsun doğulduğu evin qarajında start verilib.

Xatırladaq ki, "Apple" şirkəti 1 aprel 1976-cı ildə Stiv Cobs, Stiv Voznyak və Ron Vayne tərəfindən Cobsun evinin qarajında qurulmuşdu.

Los Altosdakı çəkilişlərin tamamlanmasından sonra Kaliforniyanın müxtəlif nöqtələrində və Silikon Vadisində film üzərində işlər gedəcək.

Rejissor isə "Xarabalıq milyonçusu" və "127 saat" filmlərini də çəkən Danny Boyldur.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti