Sosial Tədqiqatlar Mərkəzinin "Azərbaycan Barometri”
jurnalının xüsusi oktyabr sayında "Tam (11 illik) orta təhsil səviyyəsi üzrə
buraxılış, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarının yeni
modelinə dair analitik hesabat”ı dərc edilib.
STM.az
saytı bildirir ki, hesabatın icmalında qeyd edilir, inkişafın yeni mərhələsindən
Azərbaycanda təhsil sistemində köklü islahatların aparılması strateji məsələ
kimi dövlət siyasətinin daima diqqət mərkəzində
olub.
2012-ci
ildə ölkə Prezidentinin müvafiq sərəncamına əsasən o zamankı TQDK-nın Əsasnaməsində
dəyişiklik edilməklə, monitorinq imtahanlarının keçirilməsi onun vəzifələrinə
daxil edilib. 2015-ci ildən etibarən bilik və bacarıqların qiymətləndirilməsi
istiqamətində əməkdaşlığın təmin edilməsi üçün Təhsil Nazirliyi və Dövlət
İmtahan Mərkəzinin (DİM) mütəxəssislərindən ibarət birgə İşçi qrup yaradılıb.
2017-ci ildə ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə təhsilalanların
biliyinin yekun qiymətləndirilməsi imtahanı DİM tərəfindən yeni qaydalar əsasında
keçirilib. Həmin ilin oktyabrında DİM və Təhsil Nazirliyi arasında keçirilən
görüşdə 2019-cu ildə tətbiqi nəzərdə tutulan tam (11 illik) orta təhsil səviyyəsi
üzrə buraxılış imtahanlarının, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul
imtahanlarının yeni modeli ictimaiyyətə təqdim edilib.
DİM
tərəfindən buraxılış və qəbul imtahanlarında yeni modelin tətbiqinə cəmiyyətdə
münasibət birmənalı olmayıb, onun müsbət və mənfi tərəfləri ətrafında müzakirələr
bu gün də davam edir.
Sosial
Tədqiqatlar Mərkəzi buraxılış və qəbul imtahanlarında bu il tətbiq olunan yeni
modelin müsbət və mənfi tərəflərini, ümumilikdə Azərbaycanın təhsil sisteminin
bugünkü vəziyyətini və cəmiyyətin bu yeniliklərə münasibətini araşdırmaq üçün
Milli Məclisin Elm və təhsil komitəsinin üzvləri, Təhsil Nazirliyinin, Dövlət
İmtahan Mərkəzinin nümayəndələri, abituriyentlər, valideynlər, müəllimlər və təhsil
ekspertləri arasında cari ilin iyun-iyul aylarında ictimai rəy sorğusu keçirib.
Sosial
Tədqiqatlar Mərkəzinin 539 respondent və 12 ekspert arasında keçirdiyi ictimai
rəy sorğusu Dövlət İmtahan Mərkəzinin regional mərkəzləri əsas götürülməklə, 10
şəhər və rayonu (Bakı, Sumqayıt, Gəncə, Bərdə, Şəki, Şirvan, Xaçmaz, Göyçay, Lənkəran,
Mingəçevir) əhatə etməklə genişmiqyaslı tədqiqatın nəticələrinin təsbiti ilə nəticələnib.
Qeyd edək ki, hesabat STM-in Daxili siyasətin təhlili departamenti
İctimai rəyin öyrənilməsi departamentləri tərəfindən hazırlanıb.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !