NATO-nun baş katibi Yens Stoltenberq Kiyevin tələbi ilə NATO-Ukrayna Şurasının fövqəladə iclasını çağırıb.
İclas avqustun 28-də baş tutacaq və cəbhədəki vəziyyətə və Ukraynanın ən mühüm hərbi ehtiyaclarına həsr olunacaq.
Fövqəladə iclas Rusiya və Ukrayna arasında son hərbi əməliyyatlarla bağlıdır.
"Görüş səfirlər səviyyəsində keçiriləcək ", - NATO sözçüsü bildirib.
Ukraynanın müdafiə naziri Rustem Umerovun videobağlantı vasitəsilə müttəfiqlərinə döyüş meydanındakı vəziyyət və ordunun təcili ehtiyacları barədə məlumat verməsi gözlənilir.
Rusiya ilə Ukrayna arasında münaqişə 917 gündür davam edir. İki ölkə arasında baş verən müharibədə Ukraynada vətəndaşlar qaçqın və məcburi köçkün düşüb. Müharibə fonunda ABŞ və Avropanın 27 ölkəsi Rusiyaya qarşı sərt sanksiya tətbiq edib. Lakin buna baxmayaraq Rusiya prezidenti bu qərarından geri dönməyib. Nəticədə Rusiyada olan bir çox dünya brendləri bazarı təkr etmək barəsində qərar verib.
Gülnar
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !