NATO-nun Baş katibi Yens Stoltenberq İsrail və HƏMAS arasında Qəzzada dördüncü və son gününə çatan humanitar fasilənin uzadılmasına çağırıb.
Xarici KİV xəbər verir ki, Stoltenberq bu haqda noyabrın 28-29-da Brüsseldə keçiriləcək NATO Xarici İşlər Nazirləri Toplantısından əvvəl deyib.
"Fasilənin uzadılmasına çağırıram. Bu, Qəzzadakı insanların çox ehtiyac duyduğu yardımın çatmasını və azad edilməsini təmin edəcək” ,- o bildirib.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !