Stomatoloji kabinetdə baş verən ölüm hadisəsi ilə bağlı cinayət işi başlandı

18:15 | 05.12.2013
Stomatoloji kabinetdə baş verən ölüm hadisəsi ilə bağlı cinayət işi başlandı

Stomatoloji kabinetdə baş verən ölüm hadisəsi ilə bağlı cinayət işi başlandı

Bakıda stomatoloji kabinetdə baş verən ölüm hadisəsi ilə bağlı cinayət işi açılıb.

Nəsimi Rayon Prokurorluğundan verilən məlumata görə, baş vermiş hadisə ilə bağlı Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

 

Prokurorluqdan həmçinin bildirilib ki, hadisə ilə bağlı hələlik saxlanılan yoxdur.

 

Qeyd edək ki, bu gün Bakıda stomatoloji kabinetdə ölüm hadisəsi baş verib. "VİP Dental" stomatoloji kabinetində dişlərini müalicə etdirən 1966-cı il təvəllüdlü Elçin Məmmədov iynə vurulandan sonra qəflətən vəfat edib. Dünyasını dəyişən şəxsin ölümünün səbəblərini müəyyənləşdirilməsi üçün mərhumun meyiti ekspertizaya göndərilib.

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli APA-ya bildirib ki, xəstəyə dişində əməliyyat aparılması üçün iynə vurulduqdan sonra anafilaktik şok yaranıb və həmin şəxs çox böyük ehtimalla şokdan ölüb: “Hadisə özəl tibb müəssisəsində baş verib. Pasiyentin ölmə səbəbinin anafilaktik şokdan baş verməsi ehtimal olunsa da, dəqiq səbəbləri tibbi ekspertizanın rəyindən sonra məlum olacaq”.

APA

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM