Stratfor: Qarabağa Rusiya sülhməramlıları yeridilə bilər

16:32 | 16.09.2015
Stratfor: Qarabağa Rusiya sülhməramlıları yeridilə bilər

Stratfor: Qarabağa Rusiya sülhməramlıları yeridilə bilər

"Ermənistanın mövqeyini heç kim nəzərə almayacaq”.

Yaxın gələcəkdə 4,4 min kv. km ərazi tutan və 150 min əhalisi olan Dağlıq Qarabağda status-kvo dəyişə bilər.

1994-cü ildə atəşkəs haqqında müqavilənin qüvvəyə minməsindən sonra bu region faktiki olaraq İrəvanın nəzarəti altındadır, vəziyyət isə dondurulub. İndi isə Dağlıq Qarabağda rusiyalı sülhməramlılar yerləşdirilə bilər.

Oxu.Az xəbər xəbər verir ki, bu barədə ABŞ-ın "kölgə Mərkəzi Kəşfiyyat İdarəsi” kimi tanınan nüfuzlu "Stratfor” tədqiqat mərkəzi yazıb.

Analitiklər güman edirlər ki, Azərbaycan hökuməti Kremllə gizli razılaşma əldə edə bilərdi və həmin sənədə əsasən, yaxın gələcəkdə Qarabağ ərazisində Rusiya sülhməramlıları yeridilə bilər ki, bu da ərazinin sonradan Bakının nəzarətinə keçməsinə yardım edəcək.

Bununla yanaşı, heç kim tamamilə Rusiyadan asılı olan Ermənistanın mövqeyini nəzərə almayacaq, Stratfor analitikləri güman edirlər:

"Ermənistan ərazisində onsuz da 5 minə yaxın rusiyalı hərbçi var, ölkənin özü isə RF-dən çox asılıdır”.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM