Stratfor: Rusiya ərazilərin Azərbaycana qaytarılmasına inad edir

19:56 | 12.01.2016
Stratfor: Rusiya ərazilərin Azərbaycana qaytarılmasına inad edir

Stratfor: Rusiya ərazilərin Azərbaycana qaytarılmasına inad edir

Ermənistan üçün iqtisadi imtiyazlar müqabilində.

2016-cı ildə Ermənistan və Azərbaycan arasında uzun müddətdir dondurulmuş Dağlıq Qarabağ münaqişəsində irəliləyişlər ola bilər.

Oxu.Az xəbər verir ki, bu barədə "Mərkəzi Kəşfiyyat İdarəsinin kölgəsi” adlandırılan Stratfor analitik şirkətin hesabatında deyilir.

Mərkəzin analitikləri qeyd edirlər ki, Rusiya Ermənistan üçün iqtisadi imtiyazlar müqabilində, ərazilərin Azərbaycana qaytarılmasını nəzərdə tutan razılaşmanın əldə edilməsinə inad edir.

"Rusiyanın Cənubi Qafqazda fəaliyyəti Türkiyə və ABŞ-ın diqqətini cəlb edəcək, belə ki, bu ölkələr Rusiyanın nüfuzuna qarşılıq yaratmağa çalışırlar. Əgər Dağlıq Qarabağ üzrə danışıqlar uğursuz olarsa, hərbi hərəkatın güclənməsini gözləmək olar.

Amma bununla yanaşı bu mübahisəli ərazi ucbatından tammiqyaslı hərbi münaqişədən daha çox, Rusiyanın vasitəçiliyi ilə mövcud vəziyyətə diplomatik dönüş daha gözləniləndir”, - hesabatda deyilir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM