Stüardessa: "Bizimlə fahişə kimi rəftar edirlər"

16:37 | 20.10.2017
Stüardessa:

Stüardessa: "Bizimlə fahişə kimi rəftar edirlər"

10 ildən çox Britaniya aviaşirkətlərindən birində çalışan stüardessa şirkətə qarşı sərt ittihamla çıxış edib.

Publika.az bildirir ki, nüfuzlu "The Sun” nəşri stüardessanın açıqlamalarını dərc edib. Şirkətin adı müəyyən səbəblərdən açıqlanmasa da, mətbu orqan qeyd edib ki, məsələni diqqətdə saxlayacaq.

Bütün baş verənlərə görə, işdən çıxan stüardessa bu biznesdə hökm sürən hadisələri dəhşətlə yada salır: "Sərnişinlər, uçuşda tez-tez bələdçilərə intimə görə pul ödəyirlər. Bunu xüsusilə birincini biznes-klasın sərnişinləri edir. Belə ki, keçən il 2 qız sərnişinlərlə cinsi əlaqədə olaraq xeyli pul qazanmışdı. Stüardessalarla fahişə kimi rəftar edirlər. Görünür, onlar da bundan məmnundurlar", - deyə o bildirib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM