Su anbarında bir nəfər batıb

16:31 | 04.07.2020
Su anbarında bir nəfər batıb

Su anbarında bir nəfər batıb

Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi ərazisində Şəmkirçay su anbarında şəxsiyyəti hələlik məlum olmayan 1 nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən Anews.az-a verilən məlumata görə, "112" qaynar telefon xəttinə bu barədə məlumat daxil olub.

Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM