• $ 1.7
  • € 1.9792
  • ₽ 0.021079
  • ₺ 0.0402
  • £ 2.2346

Prezident sərəncam imzaladı

Prezident sərəncam imzaladı
10.10.2024 20:00
Azərbaycanda "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya” təsdiqlənib.

Prezident İlham Əliyev bununla bağlı müvafiq Sərəncam imzalayıb.

Sərəncama əsasən Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini "Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya həyata keçirməlidir.

Nazirlər Kabinetinə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Nazirlər Kabinetinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.

Milli Strategiya 2024−2040-cı illəri əhatə etməklə ölkədə su ehtiyatlarının səmərəli istifadəsi, idarə edilməsi və çirklənməsinin qarşısının alınması, dəniz suyunun duzsuzlaşdırılması, suvarma sistemlərinin modernləşdirilməsi, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından istifadə sahəsində tədbirləri nəzərdə tutur.

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bərdədə quyuya düşən 3 yaşlı uşaq ölüb
Cəmiyyət 19:37
Bərdədə quyuya düşən 3 yaşlı uşaq ölüb
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Cəmiyyət 18:40
Sabahın havası meteohəssas insanlar üçün əlverişlidir
Dumanla bağlı yollarda görünüş məsafəsi məhdudlaşacaq
Cəmiyyət 17:47
Dumanla bağlı yollarda görünüş məsafəsi məhdudlaşacaq
Lənkəranda yol nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var
Cəmiyyət 17:10
Lənkəranda yol nəqliyyat hadisəsi baş verib, xəsarət alanlar var
Bərdə sakini Ağdərədə minaya düşüb - Yenilənib
Cəmiyyət 16:59
Bərdə sakini Ağdərədə minaya düşüb - Yenilənib
Tovuzda bir ailənin 4 üzvü qidadan zəhərlənib
Cəmiyyət 16:56
Tovuzda bir ailənin 4 üzvü qidadan zəhərlənib
Lənkəranda yanmış iki meyit aşkarlanıb
Cəmiyyət 16:21
Lənkəranda yanmış iki meyit aşkarlanıb
Xaricdə iş vədi ilə dələduzluq edən şəxs saxlanılıb
Cəmiyyət 16:00
Xaricdə iş vədi ilə dələduzluq edən şəxs saxlanılıb
Tovuzda parkdan kişi meyiti tapılıb
Cəmiyyət 15:30
Tovuzda parkdan kişi meyiti tapılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol