Su kollektorunun üzərində tikilən ev qəzalı vəziyyət yaradıb

14:34 | 19.10.2024
Su kollektorunun üzərində tikilən ev qəzalı vəziyyət yaradıb

Su kollektorunun üzərində tikilən ev qəzalı vəziyyət yaradıb

Əhmədlidə su kollektorunun üzərində tikilən ev qəzalı vəziyyət yaradıb.Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.

Məlumata görə, həmin ev Bakının Xətai rayonunun Əhmədli qəsəbəsinin 4-cü Buta küçəsində Bakı Sukanal İdarəsinin istismarında olan 7 metr dərinlikdəki diameri 1200, 700 mm-lik boruların, o cümlədən ölçüsü 2 kvadrat metr olan dəmir beton konstruksiyadan ibarət qutu tipli kollektorun üzərində tikilib.

Ağır konstruksiyadan ibarət 2 mərtəbəli tikilinin inşası kollektorun boru və qurğularına texniki qulluğu qeyri-mümkün edir. Bununla yanaşı, tikilinin səbəb olduğu ağır yüklənmə kollektorun sıradan çıxmasına və qəzalı vəziyyətin yaranmasına yol açıb.

Hadisə oktyabrın 12-də baş verib. Məlumat daxil olduqdan sonra qəza-bərpa dəstələri dərhal əraziyə cəlb edilib, fasiləsiz iş rejimində qəzanın-bərpa işlərinin icrasına başalanılıb. Ərazi münasib yer olmadığına görə xətlərin tapılıb üzə çıxarılması və təmirə başlanılması işi uzanır. Bu müddətdə fərdi yaşayış evi də təhlükəli vəziyyətə düşüb, hər an uça bilər.

İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xisməti bu ərazidə belə hadisələrin baş verə biləcəyi ilə bağlı dəfələrlə həm tikili sahiblərini, həm də müvafiq qurumları məlumatlandırıb, səlahiyyəti çərçivəsində digər tədbirlər görüb.

Kollektorların üzərində yerləşən tikililərin inşasına 1998-ci ildə razılıq verilib. Qeyd edilən dövrdə kanalizasiya təsərrüfatı, kollektor sistemi müvafiq icra hakimiyyətinin balansında və istsimarında olub.
2004-cü ildə "Azərsu" ASC yardılarkən kanalizasiya təsərrüfatı mövcud problemli vəziyyətdə idarə olunması üçün qurumun balansına verilib.
 
İstismar prosesində texniki baxış keçirilərkən su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının ətrafında, həmçinin su kəmərləri və kanalizasiya sistemlərinə aid olan magistralların, boru kəmərləri və digər texniki qurğularin mühafizə zonalarında pozulma halları müəyyənləşdirilib.

Xətai rayonu ərazisində kollektorların, magistral xəttlərin üzərində yüzə yaxın ev tikilib. "Azərsu”yun çevrilmə formasında yenidən təşkil olunan İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti ərazidəki acınacaqlı vəziyyət barədə müvafiq qurumları məlumatlandırıb.

Qısa araşdırmadan o da məlum olub ki, sakinlərin təqdim etdiyi torpaq sahəsi, sənədlər icra hakimiyyəti tərəfindən verilib və sənədləşdirilib. Belə qənaətə gəlmək olar ki, müvafiq icra hakimiyyəti orqanları ötən dövrlərdə magistral su və kanalizasiya xətlərinin üzərində evlərin tikintisinə icazə verib.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM