Su qiymətinə ev almaq mümkün olacaq - Video

09:53 | 10.12.2015
Su qiymətinə ev almaq mümkün olacaq - Video

Su qiymətinə ev almaq mümkün olacaq - Video

Azərbaycanda gənc ailələrə sosial yönümlü evlərin verilməsilə bağlı qanun layihəsi Milli Məclisdə müzakirəyə çıxarılacaq.

Milli Məclisin gənclər və idman komitəsində hazırlanan qanun layihəsinin icra mexanizmi araşdırılır. Prosesdə, daha çox Skandinaviya ölkələrinin təcrübəsi öyrənilir. Burada gənclərin mənzil problemi "Bir milyon məqsəd” layihəsinin həyata keçirilməsilə həll olunub.

Yəni dövlət bir milyon mənzil tikərək, gənclərə uzunmüddətli kirayə verib. Gənc ailə heç bir ilkin ödəniş etmədən, ayda kiçik məbləğdə vəsait ödəməklə müəyyən müddətdən sonra evin sahibinə çevrilir. İlkin olaraq qanunvericiliyə "Sosail evlər” anlayışının daxil edilməsi durur.

Mənzil sahəsini araşdıran mütəxəssis Ramin Osmanlının fikrincə, gənc ailələrin mənzil probleminin həllində mənzil fondunun yaradılması mühüm rol oynaya bilər:

"Hər il dövlət büdcəsindən müəyyən məbləğdə vəsait ayrılmalıdır. Həmin vəsaitlər hesabına mənzillər inşa edilməlidir. Bu mənzilər tikilib təmir olunduqdan sonra sosial kirayə və ya sosial satış məqsədilə gənc ailələrə təklif oluna bilər. Hesab edirəm ki, məhz sosial mənzil fondunun yaradılmasına hökümət ildə 150-200 milyondan bir qədər artıq vəsait ayıra bilər”.

Qanun layihəsinin Milli Məclisin növbəti iclaslarında müzakirəyə çıxarılması planlaşdırılır. Layihə çərçivəsində gənc ailələrin yaş məhdudiyyəti, eyni zamanda gənc ailə terminin mahiyyəti də dəqiqləşdirilməlidir. Çünki hazırda Azərbaycan qanunvericiliyinə uyğun olaraq gənc yaşı 29-a qədər olanlara, gənc ailələr isə yaşı 35-ə qədər olanlara deyilir.

Amma yanaşma fərdi olmalıdır. Çünki ola bilsin ki, insanlar 35 yaşda evləniblər, amma proses təzəlikcə baş verdiyindən onları da gənc, yəni yeni ailə adlandırmaq olar.

Sosial evlərə hüququ olanların qruplara bölünəcəyi nəzərdə tutulur.
 
 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti