FİFA İntizam Komitəsi Uruqvayın futbolçusuna sərt cəza verib.
“Qafqazinfo” xəbər verir ki, FİFA-nın qərarı ilə “Liverpul”un və Uruqvayın ulduz futbolçusu Luis Suaresə dünya çempionatlarında 9 oyunda iştirak etməkdən məhrum olub. Buna səbəb isə İtalia ilə Uruqvay matçında Suaresin italyan müdafiəçi Kiyellininin çiynindən dişləməsi olub.
Bundan başqa, futbolçunun yaxın 4 ay ərzində futbola bağlı olan istənilən fəaliyyətinə də qadağa qoyulub. Rəqib həmkarlarını dişləməyə adət edən Suares 82 min avrə cərimə də ödəyəcək.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !