Süd qəbulu məntəqəsində antisanitariya - Fəaliyyəti dayandırıldı

19:00 | 23.09.2021
Süd qəbulu məntəqəsində antisanitariya - Fəaliyyəti dayandırıldı

Süd qəbulu məntəqəsində antisanitariya - Fəaliyyəti dayandırıldı

Bərdə rayonu, Şatırlı kəndində fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Nəsir Şahmalı oğluna məxsus süd qəbulu məntəqəsinə baxış keçirilib.
 
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) verilən məlumata görə, müəssisədə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların, sanitariya norma və qaydaların kobud şəkildə pozulması faktı aşkar edilib.
 Belə ki, müəssisədə döşəmənin tamlığının pozulduğu, divar və tavanın sanitar norma və qaydalara uyğun olmadığı, həmçinin dezinfeksiya, dezinseksiya, deratizasiya işlərinin vaxtlı-vaxtında aparılmadığı, çalışan işçi heyətin dövri tibbi müayinədən keçirilmədiyi müəyyən edilib.
 
Aşkar edilən nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq süd qəbulu məntəqəsinin fəaliyyəti məhdudlaşdırılıb.





www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb