• $
  • €
  • ₽
  • ₺
  • £

Süd verən analar necə qidalanmalıdır?

Süd verən analar necə qidalanmalıdır?
22.10.2021 20:03
Körpələrin, xüsusən 6 ayadək uşaqların sağlam böyüməsində təbii süd, yəni ana südü ilə qidalanma çox önəmlidir. Ana südü körpəni qoruyur, sağaldır, ona müxtəlif məlumatlar ötürür və sevgi ilə əhatə edir.

"Qafqazinfo" xəbər verir ki, bütün zəruri qida maddələrini, vitaminləri və mineralları uşaq ana südü ilə qəbul edir. Buna görə də ananın rasionu kifayət qədər kalorili, rəngarəng, minerallar və vitaminlərlə zəngin olmalıdır. Bu, ananın sağlamlığını qorumaqla yanaşı, laktasiyanı da artırır. Yaxşı olar ki, qəbul edilən kalori yağsız ət, tərəvəzlər, meyvələr, bütöv dənli çörək, yarmalar və ağartı məhsulları hesabına olsun. Ana bilməlidir ki, onun yediyini körpə də yeyir. Ananın qidalandığı yeməklərin dadı südə tam verir.

Lakin bilmək lazımdır ki, əgər ana şiddətli aclıqdan əziyyət çəkmirsə, bu halda bütün anaların südünün keyfiyyəti eynidir. Bu səbəbdən çox qida qəbul etməyin. Ana ac olduğu zaman yeməli, susayanda su içməli və yorulanda dincəlməlidir. Ancaq heç bir şeydə ifrata varmaq olmaz.

Gün ərzində 2 litrdən az olmayaraq maye qəbul edilməlidir. Laktasiyanın artması məqsədi ilə  şüyüd, razyana, yonca və ya kəklikotulu bitki çayları içmək olar. 

Süd verən ana soğan, sarımsaq, şokolad yeməməli və təbii ki, spirtli içkilər, tünd çay və qəhvə içməməlidir.
Konservantlar və süni əlavələr qatılmış qidaları, yağlı ət və hisə verilmiş ət məhsullarını, qarında sancı və allergiya olmasın deyə sitrus meyvələri, çiyələk, moruq, bal, qoz, fındıq, qənd,  mayonez, üzüm, paxlalı bitkilər və kələmi rasionunuzdan çıxarmaq məsləhətdir.
Xüsusilə doğuşdan sonrakı 3-4 ay ərzində stres yarada biləcək faktorları (gərgin işləri, sizi narahat edən qohumları və dostları, televiziya xəbərlərini) özünüzdən uzaqlaşdırın. Nəzərə alın ki, əsəbilik, gərginlik və narahatlıq süd ifrazını azaldır.  Körpəni əmizdirərkən rahatlanın, əsəblərinizi sakitləşdirin. Vaxtınız varsa, yedizdirmədən qabaq 15 dəqiqə dincəlin, uzanaraq mütaliə edin, mahnı dinləyin.

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Cəmiyyət 14:49
Gəncədə 15 yaşlı yeniyetmə binanın 5-ci mərtəbəsindən yıxılıb
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Cəmiyyət 14:04
Sabah yağış intensivləşəcək - XƏBƏRDARLIQ
Sabahın hava proqnozu
Cəmiyyət 12:52
Sabahın hava proqnozu
Sumqayıtda avtomobil yanıb
Cəmiyyət 11:32
Sumqayıtda avtomobil yanıb
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Cəmiyyət 09:17
Qubada avtomobil aşıb, ölən və yaralılar var
Gəncədə avtomobil yanıb
Cəmiyyət 19:33
Gəncədə avtomobil yanıb
Cəlilabadda fərdi yaşayış evi yanıb
Cəmiyyət 17:43
Cəlilabadda fərdi yaşayış evi yanıb
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Cəmiyyət 16:12
Mərdəkan şossesində qəza olub, yolda sıxlıq yaranıb
Güclü külək Bakıda fəsadlar törədib
Cəmiyyət 14:05
Güclü külək Bakıda fəsadlar törədib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol