Sui-qəsdə məruz qalan deputat tam sağalıb- VİDEO

15:41 | 19.05.2023
Milli Məclisin deputatı Fazil Mustafa qolunun sağaldığını bildirib. Bu barədə o facebook hesabında paylaşım edib.
 
"Nəhayət Allaha şükürlər olsun ki, qolumuz açıldı. İnşallah yolumuz da açılacaq! Həkimlərimiz var olsun. Dualarını əsirgəməyən insanlarımız var olsun. Düşmənlərimizi də Allah islah etsin. Ay yarım sonra ilk dəfə idi ki, namazı da qaydalara uyğun qılmağa başladım. Ayaqlarım məni mahcub etmədi. Qolumun reabilitasiya prosesi də davam edəcək, ümidim var ki, siyasi həyata qayıtdığım kimi, futbol, basketbol sahələrinə də qayıtmaq mümkün olacaq. Yenidən mübarizənin ön sıralarında olmalıyıq və olacağıq! Allah millətimizi və dövlətimizi qorusun!",- deputat vurğulayıb.
 
Martın 28-də Fazil Mustafaya qarşı yaşadığı evin qarşısında "Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə o, bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.


Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir.

Nəticədə, əvvəlcə terror aktının sifarişçisi, sonra isə icraçılar müəyyən edilib. DİN və DTX-nin şəxsi heyətinin birgə səyləri, polis əməkdaşlarının peşəkarlığı və fədakarlığı sayəsində aprelin 2-dən 3-nə keçən gecə cinayətkar dəstənin üzvləri həbs ediliblər. Hadisədə əli olan bir neçə nəfər tutulub.
 
 
Aytac Zeynalova

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb