Süleyman Dəmirəl bu gün dəfn ediləcək

11:04 | 19.06.2015
Süleyman Dəmirəl bu gün dəfn ediləcək

Süleyman Dəmirəl bu gün dəfn ediləcək

Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl bu gün dəfn ediləcək.

"Report" xəbər verir ki, bu haqda Türkiyə KİV-i məlumat yayıb.

Keçmiş prezidentin cənazəsi Bakı vaxtı ilə saat 07.45 xəstəxandan götürülüb. İlk mərasim S.Dəmirəlin 50 il yaşadığı Güniz küçəsindəki evin qarşısında keçirilir. 45 dəqiqə sürəcək bu tədbirin ardınca cənazə Türkiyə Böyük Millət Məclisinə aparılacaq. Xəbərə görə, parlamentdəki vida mərasiminə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın və baş nazir Əhməd Davudoğlunun da qatılacağı gözlənilir.

Parlamentdəki vidalaşma başa çatandan sonra cənazə top arabası ilə Kocatəpə məscidinə aparılacaq. Orada cənazə namazı qılınacaq və Bakı vaxtı ilə saat 17.00-da məsciddən Əsənboğa hava limanına gətiriləcək. S.Dəmirəli son mənzilə aparan təyyarə hava limanından qırıcıların müşayiəti ilə keçmiş prezidentin doğulduğu İsparta şəhərinə yola salınacaq.

Dəfn mərasimində Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov və onu müşayiət edən nümayəndə heyəti də iştirak edir.

Xatırladaq ki, Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəl iyunun 17-də 91 yaşında vəfat edib. O, doğulduğu İspartanın Atabəy rayonunun İslamköy məhəlləsində yerləşən Çalca təpədəki məqbərədə dəfn ediləcək. Bu məqbərə 2000-ci ildə Süleyman Dəmirəlin qardaşı Şevkət Dəmirəl tərəfindən tikilməyə başlayıb. Məqbərənin sahəsi 58 min kv.m-dir.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM