Sülh sənədində müəyyən pozitiv irəliləyişlər var - Nazir

13:57 | 05.06.2024
Sülh sənədində müəyyən pozitiv irəliləyişlər var - Nazir

Sülh sənədində müəyyən pozitiv irəliləyişlər var - Nazir

Bir gün öncə Ermənistanın Azərbaycanın sülh sənədi təklifinə verdiyi cavab sənədində bir sıra maddələr üzrə pozitiv inkişaf hiss edilir. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib. 
 
"Sülh prosesi istiqamətində danışıqlar gedir. Ermənistana təqdim edilən sənədə cavab almışıq. Sənəddə bir sıra pozitiv inkişaf müşahidə olunur. Həmçinin sülh sazişi üzrə açıq qalan məsələlərin sayında azalma görmək olur", - nazir iyunun 5-də  macarıstanlı həmkarı Peter Siyarto ilə keçirdiyi mətbuat konfransında deyib.
 
Bir gün öncə Ermənistan sülh sənədində Azərbaycanın təkliflərinə cavab verdiyini açıqlayıb. 
 
Bir neçə gün öncə Ermənistan baş naziri Nikol Paşinyan mətbuata bildirib ki, Ermənistan noyabra qədər sülh sazişinin imzalanması ideyası ilə razıdır. 

Bundan öncə Ermənistan XİN Azərbaycan tərəfdən "Sülh müqaviləsi"nin 9-cu nəşri layihəsi  ilə bağlı təkliflər aldığını deyib.
 
Bir neçə gün öncə Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Bakı və İrəvan sülh sənədini imzalamağa həmişəkindən daha yaxındır. 
 
Aprelin 8-də Ermənistan Azərbaycan tərəfinin "Sülh müqaviləsi” layihəsi ilə bağlı son təkliflərinə cavab verdiyini açıqlayıb. 
 
Bundan əvvəl Sülh sənədi ilə bağlı sonuncu təkliflər paketini Azərbaycan Ermənistana təqdim edib. 

Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında dayandırılıb. Müvəqqəti olaraq Qarabağa Rusiya sülhməramlıları yerləşdirilib. Sülhməramlıların missiyası 2025-ci il başa çatır. 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağda lokal antiterror əməliyyatları keçirib. İşğaldan azad olunmuş ərazilərdə qalan separatçılar ağ bayraq qaldıdaraq təslim olub. Separatçıların saxta məmurları da həbs olunaraq Bakıya gətirilib. 
 
Hazırda iki ölkə arasında sülh müqaviləsi istimqamətində danışıqlar davam etdirilir. 
 
Gülnar Nazimqızı 

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti