Sülh sənədinin irəli aparılmasında Ermənistan təşəbbüs göstərmir - Əliyev

13:50 | 04.03.2024
Sülh sənədinin irəli aparılmasında Ermənistan təşəbbüs göstərmir - Əliyev

Sülh sənədinin irəli aparılmasında Ermənistan təşəbbüs göstərmir - Əliyev

İkinci Vətən Müharibəsindən sonra Ermənistan sülh sənədinin irəli aparılması istiqamətində müsbət addımlar atmayıb. Bunu Azərbaycan Prezidenti İlham Əliyev deyib. 
 
"Ermənistan Qarabağda silahlandırma və militarizasiya siyasəti aparıb, həmin ərazilərə böyük həcmdə minaların və silah-sursatın göndərilməsini davam etdirib", -  Əliyev martın 4-də Bolqarıstan Respublikası Xalq Məclisinin sədri Rosen Dimitrov Jelyazkovu qəbul edərkən deyib.
 
Asiya Parlament Asambleyasının 14-cü plenar sessiyasında Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, Azərbaycanın 3 ildir səy göstərməsinə baxmayaraq Ermənistan sülh müqaviləsi imzalamaq istəmir. 
 
Sülh sənədi ilə bağlı Azərbaycan sonuncu təklifləri Ermənistana göndərib. 
 
Bundan əvvəl Prezidentin Xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyev mətbuata açıqlamasında Ermənistanla müharibənin başa çatdığını bir daha bəyan edib və bildirib ki, son 5 ayda sərhəddə baş verən bir gərginliyi çıxmaqla iki ölkə arasında vəziyyət sabit olub. 
 
Azərbaycanla Ermənistan arasında hərbi əməliyyatlar 2020-ci ilin noyabrında üçətərfli bəyanata əsasən dayandırılıb. Azərbaycan 2023-cü ilin sentyabrında Qarabağda lokal antirerror əməliyyatları keçirib. Bundan sonra Qarabağda olan bütün ərazilərə nəzarətin bərpası Azərbaycan tərəfinə keçib. 
 
Gülnar Nazimqızı 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM