Sülhməramlıların yerləşdiyi ərazidəki yer adlarının düzgün yazılış forması paylaşılıb-FOTO

13:57 | 06.12.2022
Sülhməramlıların yerləşdiyi ərazidəki yer adlarının düzgün yazılış forması paylaşılıb-FOTO

Sülhməramlıların yerləşdiyi ərazidəki yer adlarının düzgün yazılış forması paylaşılıb-FOTO

Rusiya sülhməramlılarının yerləşdiyi ərazidəki yer adlarının düzgün yazılış forması paylaşılıb. Bu barədə Müdafiə Nazirliyindən bildirilib.
 
Şəkildə Dağlıq Qarabağ yerinə, Qarabağ iqtisadi rayonu, eləcə də Ağdərə, Suqovuşan, Qozlukörpü, Xankəndi, Xocavənd kimi işğaldan azad olunmuş Azərbaycan ərazilərinin adları qeyd olunub.
 
2020-ci il noyabırn 10-da Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı razılaşmaya əsasən, Qarabağda 5 il müddətinə Rusiya sülhməramlı kontingenti yerləşdirilib.
 
Dekabrın 3-də Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı qüvvələrinin komandanı general-mayor Andrey Volkov Azərbaycanın Müdafiə Nazirliyinin Rusiya sülhməramlılarının rəsmi məlumatlarında ərazilərin adlarını uydurma erməni toponimləri ilə qeyd etməsi ilə bağlı çıxışında Azərbaycan tərəfinin yer adlarını necə var elə də yazıldığını vurğulayıb.

"Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzində bütün sənədlərdə də yer adları Azərbaycan tərəfinin bizə göndərdiyi kimi yazılır. Rusiya Müdafiə Nazirliyinin saytında adlar başqa cür yazılır. Biz sülhməramlılar necə lazımdırsa, elə də yazırıq. Siz bizim sənədləri yoxlaya da bilərsiniz. Təəssüf ki, mən onlara görə cavab verə bilmərəm. Orada, hansınsa saytda səhv yazıla bilər. Biz necə lazımdırsa elə də yazırıq”,- Andrey Volkov bildirib

 

Aytac
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb