Şumaxerdən şok xəbər

19:27 | 03.04.2014
Şumaxerdən şok xəbər

Şumaxerdən şok xəbər

Əfsanəvi pilotun meneceri Sabina Kehm bu barədə Berlində çıxan “Bild” qəzetinə məlumat verib

Fransada xizək sürərkən yıxılaraq ağır yaralanan və müalicəsi koma şəraitində aparılan Mixail Şumaxerin meneceri Sabina Kehm əfsanəvi pilotun vəziyyətində yaxşılığa doğru irəliləmənin olduğunu bildirib.

ANS PRESS-in məlumatına görə, Sabina Kehm bu barədə Berlində çıxan “Bild” qəzetinə məlumat verib. Onun sözlərinə görə, Mixail Şumaxerin hazırda müalicə olunduğu Qrenobl xəstəxanasından başqa bir reabilitasiya mərkəzinə yerləşdirilməsi düşünülür. "Ümidverici əlamətlər var",- deyə o vurğulayıb.

Menecer Kehm Şumaxerin "süni komadan oyanmayacağı" barədə yayılan sözlərinə yanlış olduğunu da söyləyib. "Təkrar edirəm. Ümidverici əlamətlər var və bu əlamətlər bizi cəsarətləndirir",- deyə o bildirib. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM