"Formula-1” yarışlarının yeddi qat çempionu Mixael Şumaxerin oğlu Mik "Formula – 4”ün sınaq yarışlarında qəzaya düşüb.
Oxu.Az xəbər verir ki, 15 yaşlı idmançı "Lauzitsrinq” avtodromunda trassdan çıxıb. Bolidin sürəti saatda 160 kilometr təşkil edib. Mik Şumaxer xəsarət almayıb.
Öncə Mik Şumaxer "Formula – 4”ün "Van Amersfort” holland şirkəti ilə müqavilə bağlayıb.
Mik Şumaxer Almaniyanın Oşersleben şəhərində yarışda debüt edəcək. Yarışlar 25-26 aprel tarixində keçiriləcək.
Şumaxerin oğlu atası ilə müqayisədən qaçmaq üçün anasının qız soyadı (Betç) ilə çıxış edir.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !