Şumaxerin xəstəlik tarixçəsinin oğurlandığı xəstəxananın rəhbərliyi polisə müraciət edib.
Axar.az məlumat verir ki, Qrenobledə Mixail Şumaxerin bir il komada yatdığı fransız xəstəxanası rəhbərliyinin "Formula 1” yarışı üzrə yeddiqat dünya çempionunun xəstəlik tarixçəsinin oğurlanması barədə polisə verdiyi şikayətdə, söhbət Şumaxerlə bağlı olan məlumatların ilk iki səhifəsinin oğurlanmasından gedir.
Oğurluq Şumaxer şüuru üstündə olarkən Lozanna xəstəxanasına gətirilərkən baş verib. Ehtimal edilir ki, oğrulara tibb müəssisəsinin işçiləri kömək edib. Oğrular artıq bir neçə jurnala təxminən 50 min avro müqabilində məlumatın satılması barədə təklif göndəriblər.
Qeyd edək ki, 2013-ci il dekabrın sonunda Şumaxer xizəklə sürüşərkən ciddi şəkildə yaralanmışdı. Pilotun hər iki yarımkürədə qanaxma ilə müşayiət olunan beyin travması aldığı üzə çıxmışdı. Ötən həftə isə Şumaxer komadan çıxıb və Lozanna xəstəxanasına köçürülüb.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !