Məşhur pilot Mixail Şumaxerin 1998-ci ildə “Formula 1” yarışlarında iştirak etdiyi avtomobil “Ferrari F300” 1,7 milyon dollara satılıb.
ANS PRESS-in Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, avtomobil 805 at gücündə olub. Əldə olunan vəsait üç həftədən artıq Fransa xəstəxanasının reanimasiya şöbəsində koma vəziyyətində qalan pilotun müalicəsinə sərf olunacaq. Xatırladaq ki, əfsanəvi pilot ötən ilin dekabr ayının 29-da Meliberedə istirahət mərkəzində xizək sürərkən yıxılıb və başından güclü zədə alıb. Təcili xəstəxanaya yerləşdirilən pilot komaya düşüb və hazırda onun vəziyyəti kritik olaraq qalır. Həkimlər tanınmış pilotun sağalacağıyla bağlı dəqiq proqnoz vermirlər.Mixail Şumaxer "Formula 1" yarışları üzrə 7 qat dünya çempionudur.ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !