“Sumqayıt” avrokuboklarda mübarizəyə başlayır

19:00 | 21.07.2021
“Sumqayıt” avrokuboklarda mübarizəyə başlayır

“Sumqayıt” avrokuboklarda mübarizəyə başlayır

Bu gün "Sumqayıt” UEFA Konfrans Liqasında mübarizəyə başlayacaq.
 
Rəqib Serbiyanın "Çukariçki” klubudur. 
 
Bakı vaxtı ilə 22:00-da başlayacaq qarşılaşma Belqrad şəhərinin "Çukariçki” stadionunda baş tutacaq. 

Oyunun baş hakimi isveçrəli Fedayi Sandır. 

Qeyd edək ki, "Sumqayıt” tarixində ikinci dəfə avrokubok qarşılaşmasına çıxacaq. Təmsilçimiz ötən mövsüm Avropa Liqasının ilk təsnifat mərhələsində Şimali Makedoniyanın "Şkendiya” klubunda 0:2 hesabı ilə uduzmuşdu. Koronavirus pandemiyası səbəbindən mərhələ bir qarşılaşmadan ibarət olmuşdu.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb