"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna sözügedən komandanın "Kəpəz”lə görüşdə cəzalı futbolçu oynatması səbəb olub.
Turu buraxmalı olan Ümid Rəcəbov matçda iştirak etdiyinə görə "Sumqayıt" 0:3 hesablı məğlubiyyət alıb.
U-11 Liqasında keçirilən UGİM (Astara) - "Zirvə” (Lənkəran) oyunununda isə komandaların baş məşqçiləri Qəhrəman Mirzəyev və Xəyal Abbasov bir-birilərini təhqir ediblər. Bu səbəbdən hər iki məşqçi qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb və 3 oyunluq cəzalanıblar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !