Saat 21:58 radələrində Sumqayıt dəmir yolu vağzalı ərazisində yanğının baş verməsi ilə bağlı məlumat daxil olub.
"Report”un yerli bürosu məlumat verir ki, bu barədə Sumqayıt Dövlət Yanğından Mühafizə İdarəsinin rəis müavini Mirfuad Mahmudov deyib.
"İki nömrəli çağırışla hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt rayonunun yanğından mühafizə hissələrinin texnikaları cəlb edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi nəticəsində yanğının qarşısı alınıb. Hadisə nəticəsində bir kondisioner, 15 paqonametr alkapon və 10 paqonametr naqil xətti yanıb”.
22:33
Sumqayıt dəmir yolu vağzalında baş verən yanğın söndürülüb.
"Report”un yerli bürosu məlumat verir ki, yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğının genişlənməsinə imkan verilmədən qısa müddətdə qarşısı alınıb.
22:06
Sumqayıt dəmir yolu vağzalında yanğın başlayıb.
"Report"un yerli bürosu məlumat verir ki, hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Sumqayıt rayonunun yanğından mühafizə hissələrinin texnikaları cəlb olunub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !