Türkiyə Super Liqası təmsilçisi "İstanbul Başakşehir" klubunun qvineyalı futbolçusu Alya Tureni Azərbaycanın "Sumqayıt" Futbol Klubuna transfer edilib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Klub idmançını 1 illik icarəyə götürüb. 20 yaşlı cinah yarımmüdafiəçisi "Sumqayıt" FK-nın heyətində "37" nömrəli formada çıxış edəcək.
Alya Ture karyerası boyunca Qvineyanın "Sekvens", Türkiyənin "İstanbul Başakşehir", "Akhisarspor" və Danimarkanın "Yammerbuxt" klublarında çıxış edib. Ture həmçinin Qvineyanın 19 yaşadək futbolçulardan ibarət milli komandasına da dəvət alıb.
Sumqayıt futbol klubu 2010-cu ildə yaranıb. 2018-ci il tarixindən etibarən Müşahidə Şurasının qərarına əsasən Riad Rəfiyev klubun prezidenti təyin olunub.
Fərid Məmmədli
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !