"Sumqayıt Futbol Klubu” MMC 2018-ci ili 1,149 milyon manat zərərlə başa vurub.
Reklamdan və sponsorlardan gəlir 401 min manat, UEFA-dan pul mükafatı 954 min manat, kommersiya gəliri isə 172 min manat təşkil edib.
Gənclər klubunun inkişafına çəkilən xərclər 336 min manat, digər xərclər isə 2,34 milyon manat olub.
Bu il yanvarın 1-nə "Sumqayıt Futbol Klubu”nun aktivləri 554 min manat təşkil edib. Klub 11,104 milyon manatlıq öhdəliklərə və 10,55 milyon manatlıq kapital çatışmazlığına malik olub.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !